Milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, yenilənən siyahıda heç bir dəyişiklik olmayıb.
 
Koronavirus pandemiyası səbəbindən milli komandalar arasında heç bir görüş keçirilməyib. Bu səbəbdən də Azərbaycan millisinin mövqeyi dəyişməz olaraq qalıb. Yığmamız 1177 xalla 114-cü sıradadır.
 
Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) komandaları yer alıb. Qonşu Türkiyə 1494 xalla 29-cudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest