2020/2021 mövsümündə Azərbaycanı UEFA Avroliqada təmsil edəcək "Sumqayıt" heyətini iki futbolçu ilə gücləndirib.

Bu barədə matç.az saytına klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib. O, "gənclik şəhəri" təmsilçisinin Elvin Məmmədov və Tellur Mütəllimovu rənglərinə bağladığını bildirib.

Mövsümün ilk hissəsini "Zirə"də keçirmiş millimizin sabiq üzvü və bu yaxınlarda qəsəbə təmsilçisindən ayrılan Mütəllimovla 1 illik müqavilə imzalanıb.

Bununla yanaşı, klub rəsmisi Amil Yunanov və müqaviləsi bitən digər oyunçularla bağlı hələ ki qərar verilmədiyini vurğulayıb. 

Qeyd edək ki, "Sumqayıt" daha öncə  Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovla müqavilə müddətinin uzadıldığını açıqlayıb. 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest