Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Zobahan"la qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb – 2:1.
 
Təbrizin daha məşhur "Traktor" klubu isə bu tur doğma meydanda "Sepahan"la qarşılaşacaq.
 
"Traktor" hazırda 41 xalla 16 kollektiv arasında 4-cü, "Maşinsazi" isə 27 xalla 10-cudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest