İngiltərənin "Vulverhempton" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov mövsüm sonu komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, oyunçu çempionşip təmsilçisi "Koventri"nin əsas transfer hədəflərindən biridir.

Bildirilir ki, klub futbolçu üçün danışıqları davam etdirir. Dadaşovun gələcəyi haqda son qərarı komandanın baş məşqçisi Nunu Eşpiritu Santu qərar verəcək.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest