"Səbail" baş məşqçi Aftandil Hacıyevin köməkçilərinin də müqavilə müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə əsas komandanın məşqçiləri Emin Ağayev, Yaşar Hüseynov və Fərhad Vəliyevlə müqavilənin 2020/21 mövsümünün sonuna kimi yeniləndiyi diqqətə çatdırılıb.
 
Xatırladaq ki, daha öncə "Səbail" baş məşqçi Aftandil Hacıyevlə də mövsümün sonuna kimi yeni müqavilə imzalandığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest