Futbol üzrə Latviya çempionatında 8-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi "Dauqavpils" də növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Valmiera" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Millimizin sabiq forvardı bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Vüqarın adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
8 turdan sonra 9 xalı olan "Dauqavpils" 10 kollektiv arasında 6-cıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest