İngiltərənin "Şeffild Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçı Ues Foderingemi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı ingilis futbolçu 3 illik müqaviləyə imza atıb.
 
Foderingem son beş mövsümü Şotlandiyanın "Reyncers" klubunda keçirib. O, bu klubdan maydan etibarən ayrılmışdı. Bu üzdən də təcrübəli qolkiper yeni klubuna azad agent kimi transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest