Azərbaycanı avrokuboklarda təmsil ecədək komandalardan "Qarabağ"la "Keşlə" bu gün yoxlama oyununda üz-üzə gəlib.
 
Matc.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matç hərəsi 30 dəqiqə olmaqla 3 hissə oynanılıb. 
 
Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, çempionlar Liqasında çıxış edəcək "Qarabağ" Qəbələdə, Avroliqa təmsilçimiz "Keşlə" isə Şamaxıda hazırlıq keçir.
 
Yoxlama oyunu
18 iyul
 
Qarabağ - Keşlə 3:1
Qol: Filip Ozobiç, 11-pen; 51. Mahir Emreli, 65 - Aleksandr Kristovao, 6.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest