"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, ötən gün Yusuf Lavalla müqavilə bağlayan paytaxt klubu bu gün də Sabir Buqrini heyətinə qatıb.
 
Bu barədə "ağ-qaralar"ın rəsmi saytı məlumat yayıb. Xəbərdə Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
 
24 yaşlı futbolçu yeni komandasının heyətində 29 nömrəli formanı geyinəcək.
 
Sabir Buqrin Belçikanın "Lyers" (2014-2018; 82 oyun, 3 qol), Fransanın "Paris" (2018-2019; 4 oyun) və Lüksemburqun "Dudelanj" (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest