"Qalatasaray"ın yarımmüdafiəçisi Selçuk İnan futbolçu karyerasını başa vurub.
 
Matc.az xəbər verir ki, türkiyəli futbolçu bu barədə qərarını Super Liqanın 33-cü turu çərçivəsində 3:1 hesabıyla məğlub etdikləri "Göztəpə" ilə oyundan sonra jurnalistlərə açıqlamasında bəyan edib.
 
Bu barədə aylarla düşündüyünü, baş məşqçi Fatih Terimlə də məsləhətləşdiyini söyləyən İnan, 35 yaşında futboldan getməyə qərar verdiyini bildirib. Bundan sonra isə o, "Qalatasaray"ın məşqçilər korpusunda yer alacaq.
 
Türkiyə yığmasında 60-dan çox oyun keçirib 8 qola imza atan Selçuk, "Dardanelspor", "Manisaspor" və "Trabzonspor"da da forma geyinib. O, "Qalatasaray"da 2011-ci ildən çıxış edirdi. Təcrübəli futbolçu İstanbul təmsilçisində 250-yə yaxın oyun keçirib, 45 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest