Portuqaliyanın "Pasuş de Ferreyra" klubunun yarımmüdafiəçisi Pedrinyo karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçuya ölkəmizdən təklif var.

Məlumata görə, klub ilə müqavilə müddəti başa çatan futbolçu komandadan ayrılmaq fikrindədir. Yerli mətbuat Kipr və Azərbaycandan ona cəlbedici təkliflərin olduğunu yazır.

Kiprdən "Anortosis"in onunla maraqlandığı yazılsa da, Azərbaycan klubunun adı açıqlanmayıb.

Qeyd edək ki, 2016-cı ildən "Pasuş de Ferreyra"da çıxış edən Pedrinyo karyerası ərzində Portuqaliyanı tərk etməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest