Cari mövsümdə İtaliya A Seriyasını tərk edəcək ilk klub bəlli olub.
 
Matc.az xəbər verir ki, 34-cü turda səfərdə "Breşiya"ya 1:2 hesabıyla məğlub olan SPAL-ın elitadan gedəcəyi dəqiqləşib.
 
Sona 6 tur qalmış 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdür.
 
SPAL növbəti mövsümdə İtaliya B Seriyasında mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest