Almaniyanın "Borussiya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Dortmund təmsilçisi İngiltərənin "Birmingem" klubundan Cuda Bellingemi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
Almaniya mətbuatının xəbərinə görə, "Borussiya" Bellingem üçün 23 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest