Türkiyənin "Trabzonspor" klubu baş məşqçisi Hüseyn çimşirlə yolları ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, "Trabzonspor" çimşirin rəhbərliyi altında Türkiyə Super Liqasının 33-cü turunda "Konyaspor"a 3:4 hesabı ilə uduzaraq çempionluq şansını itirib.
 
Əlavə edək ki, "Trabzonspor" ölkə çempionatının bitməsinə 1 tur qalmış 62 xalla 2-ci pillədə qərarlaşıb. "Başakşəhər" isə artıq çempionluğu təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest