Futbol üzrə İspaniya 2-ci liqasında 2019/20 mövsümünə yekun vurulub.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də bu mövsümün son matçına çıxıb.
 
Sözügedən kollektiv 42-ci tur çərçivəsində səfərdə "Kadis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Albasete" bu qələbə sayəsində xal ehtiyatını 52-yə çatdırıb və 22 iştirakçı arasında 17-ci yeri tutmaqla aşağı liqaya düşməkdən qurtulub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest