Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov Latviyada növbəti dəfə klubunu dəyişib.
 
Matc.az xəbər verir ki, yeni mövsümdə "Dauqavpils"də başlayan 35 yaşlı futbolçu bundan sonra "Super Nova"nın uğurları üçün çalışacaq.
 
Bu barədə "Dauqavpils"in mətbuat xidməti məlumat yayıb. Klub azərbaycanlı forvarda xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, "Dauqavpils" Latviyada yüksək liqada çıxış edirsə, "Super Nova" 1-ci liqada mübarizə aparır. Vüqarın yeni komandası cari mövsümdə 3 oyuna topladığı 7 xalla 9 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest