İspaniyanın "Espanyol" klubu dörd futbolçusu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, söhbət müdafiəçi Naldo, yarımmüdafiəçi Ander İturraspe, hücumçular Xonatan Kalyeri və Fakundo Ferreyradan gedir. Onlarla müddəti bitən müqavilələr yenilənməyib.
 
Qeyd edək ki, son mövsümü İspaniya La Liqasında keçirən "Espanyol" yekunda elita ilə vidalaşıb və növbəti mövsümdən Sequndada çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest