Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Bundesliqa klubu elitanın digər təmsilçisi "Leyptsiq"dən Hannes Volfu transfer edib.
 
Bu barədə Münhenqladbax təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə 21 yaşlı yarımmüdafiəçinin 2021-ci ilin iyununa qədər icarəyə götürüldüyü diqqətə çatdırılıb. Mövsümün sonunda "Borussiya" gənc futbolçunun transfer hüquqlarına da yiyələnə biləcək.
 
İlk peşəkar klubu Avstriya "Liferinq"i olan Volf, 2019-cu ildə üz tutduğu "Leyptsiq"dən öncə "Zalsburq"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest