"Karyeramı "Olimpiya"da bitirmək niyyətindəyəm. Futbolda ailə də vacibdir, mən həmişə milyonçu yox, övladlarımı böyütmək üçün lazımi mənbələrə sahib olmaq istədiyimi söyləmişəm".

"Karyeramı "Olimpiya"da bitirmək niyyətindəyəm. Futbolda ailə də vacibdir, mən həmişə milyonçu yox, övladlarımı böyütmək üçün lazımi mənbələrə sahib olmaq istədiyimi söyləmişəm".

Matc.az xəbər verir ki, bu fikirləri hazırda Kolumbiyanın "Deportes Tolima" klubunda çıxış edən "Sabah"ın sabiq futbolçusu Rocer Roxas "Futbolcentroamerica" nəşrinə açıqlamasında deyib.

30 yaşlı honduraslı hücumçu karyerası barədə danışıb. Roxas Azərbaycanda çıxış etdiyi dönəmi də xatırladıb:

"Olimpiya"da hər şey qazandım. Amma ölkəmdən kənarda çempion ola bilmədim. Kosta Rikada çempion ola bilmədim. Səudiyyə Ərəbistanında və Azərbaycanda da bu xoşbəxtliyi görmədim. Amma ən böyük arzum "Deportes Tolima" ilə çempion olmaqdır".

Qeyd edək ki, Rocar Roxas ötən ilin yayında "Sabah"a keçib, lakin qış fasiləsində komandadan ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest