"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç karyerasını "Beşiktaş"da davam etdirə bilər. Matc.az "Takvim" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bosniyalı oyunçu ilə danışıqlara başlayır.

Məlumata görə, komanda Şehiçlə ilk görüşdə müsbət nəticə əldə edə bilməyib. Ancaq "qara-qartallar"ın baş məşqçisi Sergen Yalçın bosniyalı qolkiperin heyətə qatılmasında israrlıdır. Bu səbəbdən də tərəflər yenidən danışıqlara başlayacaq.

Hazırda "Erzurumspor"da çıxış edən Şehiç cari mövsüm Türkiyə Birinci Liqasında ən yaxşı performans göstərən qapıçı olub. "Dadaşlar" çempionatı ikinci pillədə tamamlayaraq, Super Liqaya vəsiqə qazanıb. Təcrübəli oyunçunun klubu ilə müqaviləsi mövsüm sonu başa çatıb.

Qeyd edək ki, Şehiç 2013-18-ci illərdə Ağdam klubunda forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest