Azərbaycan Respublikası Prezidenti kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Matc.az xəbər verir ki, təltif edilənlər arasında idman mətbuatının da nümayəndələri olub.

Sərəncama əsasən, "Xəzər TV"nin əməkdaşı Sənan Abdullayevlə "Report" İnformasiya Agentliyinin İdman Şöbəsinin redaktoru Elşən Məmmədov "Tərəqqi" medalı ilə təltif olunub.

Qol.az saytının redaktoru Aydın Bağırov isə "Əməkdar jurnalist" adına layiq görülüb.

Həmkarlarımızı təbrik edirik!

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest