Fransanın "Brest" komandasının futbolçusu Ronael Pyer-Qabriel hücuma məruz qalıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı müdafiəçi hadisə vaxtı yaralanıb və onun avtomobili yandırılıb. Fransız oyunçunun avtomobili tamamilə yararsız hala düşüb.
 
Qeyd edək ki, Ronael Pyer-Qabriel müqavilə ilə Almaniyanın "Maynts" klubuna məxsusdur, o, icarə əsasında "Brest"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest