İtaliyanın "Verona" klubu baş məşqçisi İvan Yuriçlə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
44 yaşlı xorvat məşqçi yeni müqaviləyə əsasən 2023-cü ilin iyun ayına kimi "Verona"nın uğurları üçün çalışmağa davam edəcək.
 
Qeyd edək ki, Yuriç 2019-cu ilin iyunundan "Verona"ya rəhbərlik edir. Daha öncə "Mantova", "Krotone" və "Cenoa"da da baş məşqçi kimi çalışmış xorvatın rəhbərlik etdiyi "Verona" 34 oyuna topladığı 45 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest