Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun "Birmingem Siti" klubuna keçidi alınmayıb. Matc.az "Dailymail" nəşrinə istinadən xəbər verir ki, komanda "Vulverhempton"la razılığa gələ bilməyib.

Məlumata görə, Birmingem klubu 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib. Tərəflər arasında danışıqlar olsa da, klublar ortaq məxrəcə gələ bilməyiblər.

Qeyd edək ki, digər çempionşip təmsilçisi "Koventri" də Renat Dadaşovla maraqlanır. Hücumçu 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqavilə imzalayıb. O, hələ ki əsas komandada debüt etməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest