"Yuventus"un müdafiəçisi Merih Demiral Premyer Liqa klublarının diqqət mərkəzinə düşüb.

 Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Lester Siti" və "Vulverhempton" komandaları maraqlanır.

Məlumata görə, "Yuventus" Merih üçün gələn 30 milyonluq təklifi rədd edib. Təklifin hansı klub tərəfindən gəldiyi açıqlanmır.

Turin təmsilçisinin futbolçunu satmağı düşünmədiyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest