İtaliya A Seriyanın 35-ci turunda "Roma" səfərdə SPAL-la qarşılaşıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi görüşdən 6:1 hesablı qələbə ilə ayrılıb.

"Canavarlar" bu hesabla öz rekordunu təzələyib. Belə ki, komanda bu günə qədər səfərdə iki dəfə beş top fərqi ilə meydandan qalib ayrılıb. Dünənki görüş isə "Roma"nın səfərdə qazandığı böyükhesablı üçüncü qələbəsi oldu.

Qeyd edək ki, komanda sonuncu dəfə 1935-ci ildə "Alessandria"nı 6:1, 1985-ci ildə isə "Kremonese"ni 5:0 hesabı ilə məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest