Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub.

Matc.az FIFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarış 2021-ci il 22 iyul - 7 avqust tarixində keçiriləcək.

Qadınların analoji turniri isə gələn il 21 iyul - 6 avqustda olacaq.

Qeyd edək ki, "Tokio-2020" koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest