Futbol üzrə Sloveniya çempionatında cari mövsümün qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, çempionatın 36-cı turunda "Olimpiya" ilə 2:2 hesablı bərabərliyə razılaşaraq, xallarının sayını 69-a çatdıran "çelye" çempionluğunu rəsmiləşdirib. Bu, "çelye"nin liqa tarixində ilk çempionluğudur.
 
Bununla da, klub ilk dəfə UEFA çempionlar Liqasında iştirak etmək haqqı qazanıb. Sloveniya çempionu qitənin birinci dərəcəli klub turnirində "Qarabağ"ın potensial rəqiblərindən biridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest