"France Football" nəşrinin təsis etdiyi "qızıl top" mükafatının bu il təqdim olunmayacağını xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, "WhoScored" portalı cari mövsümdəki statistikaları nəzərə alaraq, mükafat uğrunda mübarizədə futbolçuların siyahısını hazırlayıb.
 
Həmin statistikaya görə, cari mövsümdə "qızıl top" mükafatını "Barselona"nın futbolçusu Lionel Messi qazanmalı idi. Siyahıda ilk 3-lük belədir:
 
1. Lionel Messi ("Barselona") – ortalama 8,68
 
2. Robert Levandovski ("Bavariya") – 8,30
 
3. Kilian Mbappe (PSJ) – 8
 
1956-cı ildə təsis edilən "qızıl top"un son qalibi "Barselona"nın futbolçusu Lionel Messidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest