"Barselona"nın hücumçusu Lionel Messi cari mövsümdə 11 rekordla yadda qalıb.
 
Matc.az xəbər verir ki, argentinalı futbolçu İspaniya La Liqasının başa çatan mövsümündə və UEFA çempionlar Liqasında müxtəlif göstəricilərdə yeni rekordlar müəyyənləşdirib:
 
1. çempionatda 7-ci dəfə mövsümün bombardiri
 
2. La Liqa tarixində bir mövsümdə ən çox məhsuldar ötürmə verən futbolçu (21)
 
3. Bir mövsümdə azı 20 qol və 20 məhsuldar ötürməylə yadda qalan ilk futbolçu
 
4. 7 dəfə ayın ən yaxşı futbolçusu mükafatının sahibi
 
5. La Liqa tarixində ardıcıl 12 mövsümdə azı 20 qol vuran ilk futbolçu
 
6. Qol+məhsuldar ötürmə sistemində 1000 xal həddinə çatan ilk futbolçu
 
7. İspaniya futbol tarixində 500 qələbə qazanan ilk futbolçu
 
8. La Liqa tarixində ən çox het-trik edən futbolçu (36 dəfə)
 
9. "El-klasiko"da daha çox iştirak edən futbolçu (43)
 
10. UEFA çempionlar Liqasında ardıcıl 15 mövsümdə qol vuran ilk futbolçu
 
11. UEFA çempionlar Liqasında ən çox komandaya qol vuran futbolçu (34)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest