UEFA Avropa çempionatlarının final mərhələlərində ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.
 
Matc.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıya iki futbolçu rəhbərlik edir.
 
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo və Fransa yığmasının sabiq yarımmüdafiəçisi Mişel Platini turnirin final mərhələlərində hər kəsdən çox – 9 dəfə fərqləniblər. Siyahıda ilk 3-lüyü İngiltərə millisinin sabiq futbolçusu Alan Şirer tamamlayır – 7 qol.
 
Ronaldo həmçinin, Avropa çempionatları tarixində ən çox oyun keçirən futbolçudur. O, turnirdə 21 matçda Portuqaliya millisinin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest