PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe "France Football" nəşrinin "Balon D`or" mükafatının təqdimetmə mərasimində fərqlənənlərdən biri olub. Matç.az saytının məlumatına görə, forvard 21 yaşa qədər futbolçular arasında ən yaxşı oyunçu seçilib.

O, Trent Aleksandr-Arnold ("Liverpul"), Patrik Kutron ("Milan") və Canluici Donnarumma ("Milan") ilə mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, 19 yaşlı Mbappe bu il Fransa komandası ilə dünya çempionu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest