"Bayer"in yarımmüdafiəçisi Kay Haverts "Çelsi" ilə razılığa gəlib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçu London klubu ilə 5 illik müqavilə imzalayacaq.

"Bayer"in yarımmüdafiəçisi Kay Haverts "çelsi" ilə razılığa gəlib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçu London klubu ilə 5 illik müqavilə imzalayacaq.

Məlumata görə, 21 yaşlı futbolçu İngiltərə klubunda ildə 8 milyon avro maaş alacaq. Yarımmüdafiəçi ilə anlaşan "zadəganlar" "Bayer"lə danışıqları davam etdirir. Bundelsiqa təmsilçisi futbolçu üçün 100 milyon avro tələb edir.

"çelsi" bu məbləğin 70 milyonunu dərhal, geridə qalanını isə müəyyən müddətdən sonra ödəyəcək. Haverts də atıq rəhbərliyə yayda ayrılmaq istidəyini  bildirib.

Qeyd edək ki, almaniyali futbolçu cari mövsüm "Bayer" forması ilə 43 oyun keçirib və 17 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest