Məşhur "France Football" nəşrinin hər il ənənəvi olaraq təqdim etdiyi "Balon D`Or" mükafatının qalibləri açıqlanıb. Matç.az saytının məlumatına görə, bu gün baş tutan təntənəli qala gecədə qalibə mükafatı təqdim edilib.

Mükafatın qalibi Madrid "Real"ının və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç olub. Dünya çempionatının gümüş medalını qazanmış Modriç klubu ilə birlikdə çempionlar Liqası kubokunu da başı üzərinə qaldırmışdı.

Bununla da o, 2008-ci ildən bəri davam edən Messi – Ronaldo hegemoniyasını da yıxıb.

İkinci pillədə ötən mövsüm çempionlar Liqasının bir digər qalibi Kristiano Ronaldo qərarlaşıb.

üçüncü yerin sahibi isə dünya çempionu, Fransa yığmasının hücumçusu Antuan Qrizman (Atletiko) olub.

Ən yaxşı gənc oyunçu mükafatının da sahibi olmuş Kilian Mbappe 4-cü, Lionel Messi isə 5-ci yeri tutub.  

İlk dəfə qadın futbolçular arasında "Qızıl top"da sahibini tapıb. Fransa "Lion"unu norveçli futbolçusu Ada Heqerberq dünyanın ən yaxşısı seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest