Kevin-Prins Boatenq və Burak Yılmazla yollarını ayırdığını rəsmən açıqlayan "Beşiktaş"ın daha iki oyunçusu İstanbul klubundan getməyə qərar verib.
 
Matc.az xəbər verir ki, Gökhan Gönül və Caner Erkin də "qara qartallar"la vidalaşmağa hazırlaşır.
 
Klub rəhbərliyinin bu iki futbolçu ilə danışıqları uğursuz nəticələnib. Bu üzdən də hər iki oyunçu mövsümün sonunda komandadan gedəcək.
 
Qeyd edək ki, Gökhan Gönül və Caner Erkinin adı sabiq klubları "Fenerbaxça" ilə birgə hallanır. Həm 35 yaşlı Gökhan, həm də 31 yaşlı Caner 2016-cı ildən "Beşiktaş"ın uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest