"Liverpul"un futbolçusu Deyan Lovren karyerasını Rusiya davam etdirəcək. Matc.az xəbər verir ki, təcrübəli oyunçu "Zenit"lə razılığa gəlib.
Məlumata görə, Sankt-Peterburq təmsilçisi 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb. Xorvatiyalı futbolçu 2014-cü ildə "Sauthempton"dan "Liverpul"a keçmişdi.
Qeyd edək ki, Lovren başa çatan mövsüm Premyer Liqada 10 oyun keçirib.