"Liverpul" İngiltərə Premyer Liqasının 38-ci turunda "Nyukasl"a 3:1 hesabı ilə qalib gəlib.
 
Matc.az xəbər verir ki, bu, "qırmızılar"ın cari mövsümdə Premyer Liqada 32-ci qələbəsi olub.
 
38 oyunda 32 qələbə qazanan "Liverpul" Premyer Liqa tarixində bir mövsümdə qazanılan rekord qələbə sayında "Mançester Siti"yə çatıb. Mersisayd klubu 2017/18 və 2018/19-cu il mövsümlərində 32 qələbə qazanan "şəhərlilər"in rekordunu təkrarlayıb.
 
"Liverpul" cari mövsümdə İngiltərə Premyer Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest