Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Münhen klubunun müdafiəçisi Benjamin Pavar sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
24 yaşlı futbolçunun komandanın məşqi zamanı sağ ayaq biləyindən zədələndiyi bildirilib. Klubdan futbolçunun nə vaxt sağalacağı ilə bağlı məlumat verilməyib.
 
Almaniya mətbuatı Pavarın 6 həftəlik sıradan çıxdığını və UEFA çempionlar Liqasının oyunlarında komandasına kömək edə bilməyəcəyini yazıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest