Son mövsümdə İngiltərə Premyer Liqasının bombardiri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, başa çatan mövsümdə ən yaxşı bombardir "Lester"in futbolçusu Ceymi Vardi olub.
 
Vardi mövsüm ərzində iştirak etdiyi 35 oyunda 23 qolla yadda qalıb. Bununla da, o, yeni rekord müəyyənləşdirib. Belə ki, Vardi Premyer Liqa tarixinin ən yaşlı bombardiri olub. O, bu nəticəni 33 yaşında göstərib.
 
Əvvəlki nəticə Didye Droqbaya aid idi. O, "çelsi"nin heyətində 2009/10-cu il mövsümündə 29 qol vuraraq, 32 yaşında bombardir ünvanını qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest