Futbol üzrə Fransa kubokunun finalında "Sent-Etyen"lə matçda (1:0) zədələnən Kilian Mbappenin durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, təkrar müayinələrdən sonra fransalı hücumçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bəlli olub.
 
Bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı oyunçu zədə səbəbindən UEFA çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək ilk matçı buraxacaq.
 
Qeyd edək ki, PSJ çempionlar Liqasının 1/4 finalında "Atalanta" ilə qarşılaşacaq. Komandalar arasındakı ilk görüş 12 avqustda baş tutacaq.
 
PSJ-nin "Sent-Etyen"ə 1:0 hesabıyla qalib gəldiyi final qarşılaşmasının 33-cü dəqiqəsində ayağı burxulan Mbappe, meydanı göz yaşları içində, xərəkdə tərk etmək məcburiyyətində qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest