Türkiyənin "Sivasspor" klubu iki futbolçusu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Emre Kılınç və Mert Hakan Yandaşla vidalaşıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mert Hakan Yandaş 3, Emre Kılınç isə 3.5 mövsüm idi Sivas təmsilçisinin uğurları üçün çalışırdı. Klub onlara bu müddət ərzindəki xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
 
Qeyd edək ki, Mert Hakan Yandaşın "Fənərbaxça", Emre Kılınçın isə "Qalatasaray"la anlaşdığı bildirilir. Onların tezliklə yeni klubları ilə rəsmi müqaviləyə imza atması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest