Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Aleksandriya" klubu bir neçə futbolçu ilə vidalaşa bilər. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vladimir Şaran açıqlama verib.

O bildirib ki, komanda avqustun 5-də toplanacaq. Klub rəhbəri ilə görüşdüyünü vurğulayan təcrübəli mütəxəssis hər şeyin yaxşı olacağına ümid etdiyini söyləyib.

Şaran müdafiəçi Anton Şendrik ilə yolların ayrıldığını və qalan futbolçularla müqavilə yenilənməsi barədə danışıqların davam etdiyini bildirib.

Xatırladaq ki, Paşayev 2017-ci ildən Ukrayna klubunda çıxış edir.

Qeyd edək ki, "Aleksadriya" mövsümü 5-ci pillədə tamamlayaraq Avroliqanın təsnifat mərhələsinə vəsiqə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest