Futbol üzrə Estoniya kubokunda 1/64 final mərhələsinin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" bu mərhələdə "Paide 3" ilə qarşılaşıb.
 
Rəqibini böyük hesabla məğlub edən futbolçumuzun komandası nöövbəti mərhələyə vəsiqə qazanıb – 4:0.
 
Nurlan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest