Məşqçilərin dünya reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, hər həftə yenilənən reytinqinin bu gün dərc olunan cədvəlində Topaz Premyer Liqasında çalışan iki mütəxəssis yer alıb.

Siyahıya daxil edilən yeganə azərbaycanlı məşqçi Qurban Qurbanov 1073 xalla 452-cidi. , "Qarabağ" və milli komandanın çalışdırıcısı son bir həftədə 3 pillə irəliləyib. 46 yaşlı mütəxəssisin əmsalı isə dəyişməz qalıb.

"Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin də "Top-1000"dədi. 123 xala malik mütəxəssis 968-ci yerdə qərarlaşıb. O, son həftədə 8 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 15 min 160 xal.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest