Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 
 
Açılış matçında "Atalanta" səfərdə "Parma"nın qonağı olub. üç qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbəyə seviniblər.
 
Turun mərkəzi görüşü Milanda keçirilib. "İnter" doğma meydanda "Napoli"ni qəbul edib və inamlı qələbə qazanıb.
 
İtaliya A Seriyası
37-ci tur
28 iyul
 
Parma – Atalanta 1:2
Qol: Kuluşevski, 43 – Malinovski, 70. A.Qomes, 84.
 
İnter – Napoli 2:0
Qol: D`Ambrosio, 11. L.Martines, 74.
 
29 iyul
 
21:30 Latsio – Breşiya
21:30 Sampdoriya – Milan
21:30 Sassuolo – Cenoa
21:30 Udineze – Leççe
21:30 Verona – SPAL
23:45 Kalyari – Yuventus
23:45 Fiorentina – Bolonya
23:45 Torino – Roma
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest