Bilmirəm. Dəqiq demək olmur. Çünki futbol çox sürətlə inkişaf edir. Bütün mövsüm boyu çox yaxşı oynamalı və komandanızla titul qazanmalısınız

"Real"ın forvardı Kərim Benzema "YouTube" kanalında azarkeşlərlə söhbət edib. Matc.az xəbər verir ki, fransalı hücumçu bir çox maraqlı sullara cavablandırıb:

-  Birlikdə oynamadığın ən yaxşı futbolçular kimlərdir?

- Buna cavab vermək çətindir. Mən Kristiano Ronaldo ,Kaka, Raul, Serxio Ramos kimi oyunçulara birgə mübarizə apardım. Heç birini ayırd edə bilmərəm.

- "Qızıl top" haqqında düşünürsən?

- Əlbəttə, hər zaman. Bu mənim uşaqlıq arzumdur. Ancaq gecə-gündüz bunu düşünmürəm. Davamlı başımda olan şey deyil.

- Ən çox sevdiyiniz 11 oyunçu?

- "Real"ın heyəti.

- Hazırda ən yaxşı 3 futbolçu kimdir?

Bilmirəm. Dəqiq demək olmur. çünki futbol çox sürətlə inkişaf edir. Bütün mövsüm boyu çox yaxşı oynamalı və komandanızla titul qazanmalısınız. Əgər uğur olmursa, nəsə etməyin mənası qalmır. Ona görə də mütləq kubok qazanmalısınız.

- 4 dəfə qazandığınız çempionlar Liqası kubokunu dünya çempionluğu ilə dəyişərsiniz?

- Xeyr. Heç vaxt.

- Qarşılaşdığınız ən yaxşı müdafiəçilər?

- Ramos və Varan. Hər məşqdə onlara qarşı oynayıram.

- Kiminlə oynamaq istərdiniz?

 - Təbii ki, Ronaldo və Zidan.

- Dünyanın ən yaxşı 5 driblinq edən futbolçusu?

- Əlbəttə, Neymar. Başqa heç kimin adının çəkilməsinə ehtiyac yoxdur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest