21-ci əsrdə penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Matc.az "GiveMeSport" nəşrinə istinadən xəbər verir ki, siyahıya "Yuventus"un hücumçusu Kristiano Ronaldo başçılıq edir.

Portuqaliyalı futbolçu son 20 ildə 114 penaltini dəqiq yerinə yetirib. "Barselona"nın kapitanı Lionel Messi ilə "Roma"nın əfsanəsi Françesko Totti 75 penalti ilə 2-ci yerdə qərarlaşıblar.

"Milan"ın forvardı Zlatan İbrahimoviç 64 dəfə penaltini dəqiq yerinə yetirməklə 3-cü sıradadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest