Koronavirus testi mübət çıxan "Real"ın hücumçusu Mariano Dias səhhəti ilə bağlı danışıb. Matc.az xəbər verir ki, futbolçu "instagram" hesabından durumunun yaxşı olduğunu açıqlayıb:

"Mesajlarınız və dəstəyiniz üçün çox təşəkkür edirəm. Mən də, ailəm də yaxşıdır. Evdə karantindəyəm və ümid edirəm ki, tezliklə normal həyata qayıdıb komanda yoldaşlarımın yanında olacağam. Hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, avqustun 7-də "Real" çempionlar Liqasının dörddəbir final mərhələsində "Mançester Siti" ilə qarşılaşacaq. İlk görüşdə Madrid klubu 1:2 hesabı ilə məğlub olub.         

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest