"Everton"un hücumçusu Moyse Kin karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki,  "Milan" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, 20 yaşlı futbolçu Premyer Liqada gözlənilən çıxışı edə bilməyib. Buna görə oyunçu İtaliya çempionatına qayıtmağı düşünür. Artıq "Milan"nın Kinin agenti ilə danışıqlara başladadığı bildirilir.

İtaliyalı hücumçunun cari mövsüm Premyer Liqada 29 oyunda 2 qolu var.

20 yaşlı oyunçu 2016-17-ci illərdə "Yuventus"un formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest