"Real"ın zədəli futbolçuları Eden Hazard və Marselo sağalıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Hər iki futbolçunun komanda ilə məşqlərə başladığı bildirilir. Onlar UEFA çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" ilə keçiriləcək cavab oyununda iştirak edə biləcək.
"Mançester Siti" – "Real" oyunu avqustun 7-də keçiriləcək. Mərhələnin ilk oyununda "şəhərlilər" 2:1 hesabı ilə qalib gəlmişdi.